Qadin.NET / Yalanlara inananlar ölkəsi - uçurumun bir addımlığında

Yalanlara inananlar ölkəsi - uçurumun bir addımlığında

 

Yalanın müddəti və miqyası onu söyləyənin məharəti ilə yanaşı, bu yalana inananların şüurundan da asılıdır. Bəzi yalanların ömrü əsrlərlə davam edirsə, bir para yalanlar 10-15 dəqiqədən sonra puç olur. Ermənilərilərə danışılan üç yalan var ki, onların ömürləri uzun oldu.
 Bu yalanlar ermənilərin qədimlərdə çox böyük ərazilərə malik "Böyük Ermənistan" adlı imperiyalarının olması, dünyanın əksər düha və məşhurlarının damarlarında erməni qanı axması, bir də indiki Ermənistanın ətrafındakı ərazilərin "qədim erməni torpaqları" qismində olmalarıdır.
İddiaların üçü də yalandır, fəqət politoloqların "hayizm" dedikləri absurd inanc və davranışın kökündə duran məqamlardır.
Fəqət, indi Ermənistanın siyasi mövcudluğunu bəlirləyən ən böyük yalan Dağlıq Qarabağ və işğal edilmiş Azərbaycan əraziləri ilə bağlıdır. Qonşu ölkə dövlət müstəqilliyi qazanmazdan əvvəl Dağlıq Qarabağda erməni separatçılarının fəaliyyəti vardı və illər ötdükcə həmin aktivlik artırdı.
Ermənistan dövlət olandan sonra isə separatçılıq terrorçuluğa çevrildi, qarabağlı ermənilər "müstəqillik" istədilər, həmin istəyi terrorçuluğa döndərdilər və Yerevanın bilavasitə hərbi müdaxiləsindən sonra savaş başladı.
Ermənilər bu savaşda özlərini "qalib" sayırlar, halbuki onlar vuruşmadılar - vuruşa vadar olundular. Pulla, hərbi texnika ilə, siyasi və maliyyə dəstəyi ilə.
İndisə özündən böyük, amma udduğu nəsnənin öhdəsindən gələ bilməyərək yan yatmış balaca kələz təki, Ermənistan boğulur.
Bu ölkəni boğan yalanlardır - az öncə bəhs etdiyimiz məqamlar.
"Böyük Ermənistan" yalanı Ermənistan rəhbərliyini xarici ölkələrdə yaşayan erməni diaspor təşkilatlarından tam asılı vəziyyətə salıb. Çünki "Qara dənizdən Xəzər dənizinədək olan Böyük Ermənistan" idefiksinin absurd, uydurma olduğunu gözəl anlasalar da, ermənilər bu barədə danışmaq istəmirlər. İstəsələr, 1915-ci ildə Osmanlı Türkiyəsindəki "soyqırım" yalanından da imtina etmək məcburiyyətində qalmalı olacaqlar.
O yalanın olmaması isə bir neçə dövlət tərəfindən "rəsmən tanınmış" idefiksin çökməsi, ermənilərin yalançı və sarsaq iddialarla çıxış edən insanlar təki xar olması ilə sonuclanardı.
Erməni diasporu bundan çəkinir və əsrlərdən bəri erməniləri ideoloji əsarət altında saxlayaraq efemer ideyaya qurban verməsinə şərait yaradan məqamı itirmək istəmir.
Qondarma "erməni soyqırımı"nın 2015-ci ildə "100 illik anımı" ilə bağlı aktivlik, müxtəlif ölkələrinin parlamentlərində "soyqırım"ın tanınması üçün lobbiçilik fəaliyyəti, ən başlıcası Ermənistanın daxili siyasəti, ideologiyası, xarici siyasəti və qonşu dövlətlərlə münasibətlərinin "Böyük Ermənistan" idefiksinə tabe edilməsininin başlıca səbəbi də budur.
Ermənistanın hakimiyyət dairələrinin diaspordan alınan təlimatlar əsasında fəaliyyət göstərməkdən başqa çarəsi qalmayıb, çünki yarandığı ilk gündən ağır iqtisadi və maliyyə problemlərindən qurtula bilməyən, daim kənardan yardımlardan və ianələrdən asılı qalan, siyasətdə fasiləsiz əmrlər və göstərişlər alaraq davranan ölkənin başqa çıxış yolu, sadəcə, yoxdur.
Levon Ter-Petrosyan, sonra Robert Köçəryan, indisə Serj Sarkisyan ölkəni idarə etdiklərini düşünürdülər. Belə deyil və ola da bilməz, çünki ideologiyası sadalanan yalanalar üzərində quralan ölkənin hakimiyyət dairələri sürəkli olaraq kənardan təsir altında qaldıqlarından daim asılı durumdadırlar.
Səbəb - zamanın bəzilərinin xeyrinə, bəzilərinin isə ziyanına işləməsidir. Normal ölkələrdəki hakimiyyət zamandan vətəndaşların rifahının yüksəldilməsi, ölkənin mövqelərinin möhkəmləndirilməsi üçün yararlanırsa, Ermənistan təki anormal idarəetmə sisteminə və yaramaz hakimiyyətə malik ölkədə isə zaman yalnız Sarkisyan komandasının üzvlərinin və bu dəstənin başında duranın ailəsinin, qohumlarının, tanışlarının və tanışlarının qohumlarının varlanmasına xidmət edir.
Lakin vaxt gələcək, Ermənistandakı bütün dövlət təşkilatlarından Serj Sarkisyanın portretləri yığışdırılacaq.
Və bütün anormal rejimli ölkələrdə olduğu kimi, Yerevandakı hakimiyyət kuluarlarında mövcud sistemin yarıtmazlığı, bəlalı olduğu, sonunun görünmədiyi müzakirə olunur.
Müqəddəs Pyotr sübh zamanı xoruzlar üç dəfə banlayana qədər İsa Məsihdən üç dəfə imtina etmişdi.
Sarkisyanın mövqeləri zəifləyəndə indi onun sədaqətli adamları olan kəslərin hansı sürətlə Ermənistan prezidentinə xəyanət edəcəkləri bəlli deyil.
Hakimiyyət zəifləyəndə həmin sistemdəki insanların taleləri çox acı olasıdır, çünki onlar "Sarkisyandan sonra" adlanan dövrdə nə edəcəkləri, necə yaşayacaqlarını bilmirlər.
Belələrinin talelərini yüngülləşdirə biləcək yeganə məqam gələcəyini çoxdan itirmiş insandan mümkün qədər tez imtina etməkdir.
Əks təqdirdə yalanlar çoxalır, üstələnir, böyük bəlaya çevrilir və ona inananları biçarə etməklə yanaşı, deyənləri bədbəxt edir.
Ermənistanın indiki hakimiyyətinin ən böyük bəlası sabahının olmamasıdır. Sarkisyan rejimi bu günlə yaşayır, sabaha inamsızlığının xofunu azaltmaq və yerini möhkmələtmək üçün malik olduğu hər şeyi onu qoruyacağına ümid etdiyi qüvvəyə peşkəş edir. Həmin qüvvə vədlər verir, amma qoruyacağını və hifz edəcəyini dediyi sistemi aşağılamaq, sürəkli olaraq yerini göstərməkdən də vaz keçmir.
"Böyük Ermənistan", "soyqırım", "doğma Qarabağ", "qardaş Rusiya"... Yalanların sayı, göründüyü kimi, çoxdur.
Zavallı ermənilər. Bu yalanlara hələ də inanır, ümid edir və düşünürlər ki, yalanlar əslində həqiqətdir - sadəcə, eybəcər təsir bağışlasalar da, nə zamansa normallaşa bilərlər. Halbuki hansı yalan indiyədək həqiqətə çevrilib ki....
Mənbə: Milli.Az
11 dekabr 2013
GO BACK