Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında günün ikinci yarısından başlayaraq qar yağacağı gözlənilir. Gecəyə doğru yağıntıların intensivləşəcəyi ehtimal olunur. Temperaturun gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında axşama doğru havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında günün ikinci yarısından başlayaraq qar yağacağı gözlənilir. Gecəyə doğru yağıntıların intensivləşəcəyi ehtimalı var. Temperaturun gecə 3-8° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında axşama doğru havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Mənbə: Milli.Az