Qadin.NET / Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək

Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək

 

Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək

Dekabrın 11-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan Parlamenti sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Rövşən Rzayev, Mixail Zabelin, Rüfət Quliyev, Fəzail Ağamalı və Yevda Abramov daxildirlər. İclasda 10-cu iclasın qərarlarının yerinə yetirilməsi barədə məlumat dinləniləcək, Azərbaycanla Rusiya arasında regional əməkdaşlığın qanunvericilik təminatı, perspektivləri və indiki vəziyyəti, parlamentlərarası komissiyanın Rusiya və Azərbaycan tərəfdən tərkiblərinə dəyişikliklər edilməsi, növbəti 12-ci iclasın mövzusunun, keçirilmə vaxtının və yerinin müəyyən olunması və digər mövzularda müzakirələr aparılacaq.

 

Mənbə: Trend.Az

10 dekabr 2013
GO BACK