Qadin.NET / Xaçmazın Xaraxoba kəndinin adı dəyişdirildi

Xaçmazın Xaraxoba kəndinin adı dəyişdirildi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 830-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 830-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1.    Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1.    üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.    üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.    mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.    həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2.    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən qərara alır: Azərbaycan Respublikasının Xaçmaz rayonunun Dədəli kənd inzibati ərazi dairəsi tərkibindəki Xaraxoba kəndi Palıdlı kəndi adlandırılsın".
Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK