Qadin.NET / Azərbaycanlılar niyə Qazaxıstana getmirlər?

Azərbaycanlılar niyə Qazaxıstana getmirlər?

 

Azərbaycan və Qazaxıstan mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişafı üzrə tədbirlər görmək niyyətindədirlər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə energetika naziri, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının sədri Natiq ƏliyevBakıda keçirilmiş komissiyanın iclasının yekunları üzrə deyib: "Ölkələrimiz bu sahədə, o cümlədən bəzi birlik və ittifaqların, məsələn TÜRKSOY-un xətti üzrə fəal əməkdaşlıq edir, iki ölkənin qarşılıqlı olaraq mədəniyyət günləri keçirilir". N.Əliyev qeyd edib ki, həmçinin turizm sahəsində Azərbaycan-Qazaxıstan münasibətlərinin böyük potensialı var: "Hər iki ölkənin zəngin təbiəti var və turizm infrastrukturunu fəal inkişaf etdirir. Hazırda Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı bu ölkəyə getmək arzusunda olan vətəndaşlarımızın sayını xeyli üstələyib. Səbəb vətəndaşlarımızın Qazaxıstanın turizm potensialı barədə az məlumatlı olmasıdır".

 

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK