Yaponiyanın elektronika bazarında həftəlik ən çox satılan qurğuların siyahısını tərtib edən BCN tədqiqat firması adı çəkilən ölkədə iPhone smartfonuna böyük tələbat olduğunu qeyd edib. Apple bu regionda dünyanın başqa nöqtəsi ilə müqayisədə daha yüksək dinamika göstərir. Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin noyabrın 25-dən dekabr 1-nə kimi müddətdə keçirilmiş istehlakçı tələbatı üzrə tədqiqata əsasən, iPhone 5s və iPhone 5c smartfonlarının müxtəlif modelləri Yaponiyada ən populyar smartfonların siyahısında ilk doqquz yeri tutub. Alma smartfonlarının ən yaxın izləyicisi Sony Xperia yalnız 10 və 11-ci yerdə qərarlaşıb. ZTE şirkətinin modeli 13-cü olub. Apple şirkətinin hesabatına əsasən, dördüncü maliyyə rübü və bütün maliyyə ilinin nəticəsinə görə, Yaponiyada satışların həcmi müvafiq olaraq 27% və 41% artıb.
Mənbə: Milli.Az