Çinin Xiaomi şirkəti beynəlxalq onlayn satış marafonunda 10 dəqiqədə 10 min Hongmi smartfonunu satıb. Tech In Asia nəşri yazıb ki, qurğular Tayvanda istifadəçilərə 3999 yeni Tayvan dollarına (təxminən 135 dollar) təklif edilib. Milli.Az ICTnews-a istinadən bildirir ki, alışı Paypal üzərindən ödəmək mümkün idi. Xiaomi şirkəti 2013-cü ilin aprelində Tayvan bazarına çıxıb. Bundan əvvəl bildirilmişdi ki, Xiaomi şirkəti 10 dəqiqədə WeChat messenceri ilə 150 mindən çox Mi3 qabaqcıl smartfonu satıb.
Mənbə: Milli.Az