Qadin.NET / General Motors qadına tapşırıldı

General Motors qadına tapşırıldı

 

Dünyanın ən böyük avtomobil istehsalçılarından birinə, ABŞ-ın General Motors konserninə tarixində ilk dəfə olaraq qadın rəhbərlik edəcək. Milli.Az avtokonsernin rəsmi saytına istinadən bildirir ki, GM-in yeni rəhbəri olacaq Meri Barra hazırda General Motors-un qlobal məhsul istehsalı üzrə vitse-prezidentidir. O, əvvəllər GM-in kadrlar departamentinə rəhbərlik edib.
GM-in rəhbəri postunda o, 65 yaşlı Den Akersonu əvəzləyəcək. Akerson gələn ayın yanvar ayının ortalarında postunu tərk edəcək.
51 yaşlı Meri Barra 1980-ci ildən bəri General Motors-da çalışır.
Mənbə: Milli.Az
10 dekabr 2013
GO BACK