Qadin.NET / Pakistan Azərbaycana yeni səfiri təyin etdi

Pakistan Azərbaycana yeni səfiri təyin etdi

 

Pakistan Azərbaycana yeni səfiri təyin edib. APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bu vəzifəyə Xalid Osman Kayser təyin olunub. X.O.Kayser səfir təyin olunana qədər Pakistan Diplomatik Akademiyasının rektoru vəzifəsində çalışıb. Qeyd edək ki, əvvəlki səfir İkramullah Məsud ölkəmizdə diplomatik missiyasının başa çatması ilə əlaqədar prezident İlham Əliyev tərəfindən qəbul olunub.
Mənbə: Lent.Az
10 dekabr 2013
GO BACK