Qadin.NET / Onun qiyməti açıqlandı: 120 milyon avro!

Onun qiyməti açıqlandı: 120 milyon avro!

 

"Liverpul" son zamanlar bir çox klubun hədəfində olan futbolçusu Luis Suarezin təzminat qiymətini açıqlayıb. Milli.Az Qol.az-a istinadən bildirir ki, uruqvaylı hücumçunu transfer etmək istəyən klublar 120 milyon avrosundan keçməlidir. Əgər Suarezi hansısa klub heyətinə qatarsa, bu, dünyanın ən bahalı transferi olacaq. Xatırladaq ki, bu mövsüm forma geydiyi 11 matçda 11 qol vuran futbolçu ilə "Barselona" və "Real"ın (Madrid) maraqlandığı iddia edilir. Qeyd edək ki, "Liverpul" Suarez üçün həftəlik 300 min avro qazanacağı yeni müqavilə təklif etməyi də planlaşdırır.

 

Mənbə: Milli.Az
10 dekabr 2013
GO BACK