Qadin.NET / Nalbandyan türk nazirlə görüşməmək üçün gizləndi

Nalbandyan türk nazirlə görüşməmək üçün gizləndi

 

Bu yaxınlarda Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu beynəlxalq sammitlərdən birində erməni həmkarı ilə görüşmək istəsə də, Nalbandyan hər fürsətdə ondan qaçmağa çalışıb. “Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, politoloq Riçard Kirakosyan bildirib ki, İrəvana səfəri öncəsi Davudoğlu Nalbandyanla sammitdə danışmaq istəsə də, ikinci müxtəlif bəhanələrlə görüşdən qaçıb.  Kirokosyanın sözlərinə görə, hətta Davudoğlu dəhlizdə Nalbandyana yaxınlaşmaq istəyib, lakin Ermənistan XİN rəhbəri dərhal tualetə girib və həmkarı oradan uzaqlaşana qədər gözləyib. Daha sonra Davudoğlu erməni həmkarının otel nömrəsinə zəng edib, lakin sonuncu bildirib ki, onun söhbət etmək istəyi yoxdur, yatacaq.

Mənbə: Milli.Az

 

10 dekabr 2013
GO BACK