Qadin.NET / Müsavatın qərarı müxalifət daxilində mənfi qarşılanıb

Müsavatın qərarı müxalifət daxilində mənfi qarşılanıb

 

Artıq Müsavat partiyası həm daxilində, həm də Milli Şurada təmsil olunanlarla bərabər bu qurumda qalıb-qalmamalarını müzakirə etməyə başlayıb. Təbii ki, bu qərar verilən andan etibarən mənfi qarşılandı. İsa Qəmbərin onsuz da xoşagəlməyən addımları bu qərardan sonra həm AXCP-ni, həm də digər Milli Şura təmsilçilərini daha da qıcıqlandırdı. SİA-nın məlumatına əsasən, “Yurd” şefi Müsavat partiyasının müzakirə qərarına artıq indidən mənfi reaksiya verərək, bu müzakirələri yersiz adlandırıb. Həmçinin, aldığımız məlumata görə, Əli Kərimli AXCP daxilində iclas keçirərək söyləyib ki, heç bir AXCP üzvü müsavatçılarla onların Milli Şurada qalıb-qalmamaları məsələsini müzakirə etməməlidir. Bu artıq bir əmr kimi AXCP-çilərə tapşırılıb. Lakin digər bir məsələ isə ondan ibarətdir ki, AXCP-nin daxilində özbaşınalıq hökm sürür və Ə.Kərimlinin bu tapşırığına əməl edilib-edilməyəcəyi belə şübhə altındadır. Həmçinin, hadisələrin bu cür gedişatından aydın olur ki, AXCP sədrinin İsa Qəmbərlə düşmənçiliyi daha yüksək səviyyədə davam edir.
Mənbə: Milli.Az

 

10 dekabr 2013
GO BACK