Bu barədə APA-ya Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan (KİVDF) məlumat verilib. Mənzillər "Azsığorta" ASC tərəfindən sığorta olunur və bir illik sığorta müqaviləsi bağlanılır. Sığorta müqaviləsinin müddəti 2014-cü ilin dekabr ayınadəkdir. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli APA-ya açıqlamasında bildirib ki, digər sənədlərin alınması üçün sığorta lazım olub: "Əslində sığortanı jurnalistlərin özləri etməli idilər. Sənədləri almaq üçün özümüz etdik". V.Səfərli yaxın günlərdə jurnalistlərə mənzillərin sənədlərinin təqdim olunacağını və köçməyə icazə veriləcəyini deyib. Bununla əlaqədar olaraq binada mənzil sahibi olan jurnalistlərlə görüş keçiriləcək.
Mənbə: Mili.Az