DQİDK sədri qeyd edib ki, bu barədə məlumatlar beynəxalq hesabatları tərtib edən mərkəzlərə də təqdim olunur. Onun sözlərinə görə, bu məsələdə yekun beynəlxalq rəyin yaradılması üçün dini icmaların da fəallığına ehtiyac duyulur:
"Azərbaycanda dini vəziyyətlə əlaqədar hesabatların təqdim olunması prosesində əməkdaşlıq etdiyimiz hesabat hazırlayan mərkəzlərə Azərbaycanın tərkib hissəsi olan işğal edilmiş ərazilərimizdə dini hüquqların pozulması, o cümlədən həm İslam dininə aid olan abidələrin, həm də Alban kilsəsinə aid olan abidələrin dağldılması haqqında məlumatlar təqdim olunur.
Hesab edirəm ki, hesabatı hazırlayanların son nəticəyə gəlməsi istiqamətində dini icmaların da fəaliyyəti lazımdır. Onları da bu məsələdə maarifləndiririk, təşviq edirik. Fikrimcə, onların fəaliyyəti sadəcə olaraq beynəlxalq təşkilatlarda deyil, ümumilikdə beynəlxalq dini qurumların reaksiyasına gətirib çıxaracaq".
Mənbə: Milli.Az