Cənubi Afrika Respublikasının sabiq və mərhum prezidenti Nelson Mandela ilə vilda mərasimi davam edir. Bu gün səhər saatlarında CAR-ın Yohannesburq şəhərindəki FNB stadionu dolmağa başlamışdı. Milli.Az ABC-yə istinadən bildirir ki, 95 min nəfər tutumu olan FNB stadionunda artıq 100 min insan var. Mərasimə qatılanlar arasında ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama, Birləşmiş Ştatların sabiq prezidentləri Corc Buş, Bill Klinton, Cimmi Karter, habelə sabiq dövlət katibi Hillari Klinton var. Barak Obamanın yanında isə Kuba prezidenti Raul Kastro Rus durmuşdu. Mərasimdə CAR-ın sabiq prezidenti Frederik de Klerk, BMT-nin sabiq baş katibi Kofi Annan, Britaniyanın sabiq baş naziri Toni Bleyer, Zimbabve prezidenti Robert Muqabe, Braziliya prezidenti Dilma Russeff, Çin liderinin müavini Li Yuançjao, Namibiya prezidenti Hifikepunye Pohamba, Hindistan prezidenti Pranab Mukhereje, Fələstin prezidenti Mahmud Abbas, Əfqanıstan prezidenti Həmid Kərzay, Almaniya prezidenti Yoahim Qauk, Fransa prezidenti Fransua Olland, Britaniya karliçasının əri şahzadə Çarlz da olmaq şərtilə 89 dövlət və hökumət başçısı iştirak edirlər. Tribunalarda bir çox şou-biznes ulduzları, o cümlədən CAR-dan olan aktrisa Çarliz Teron və U2 qrupunun solisti Bono da var. Mərasimdə ABŞ prezidenti Barak Obama və BMT-nin baş katibi Pan Gi Mun çıxış ediblər. Nelson Mandela dekabrın 15-də doğma məkanında, Soueto yaxınlığındakı Kunu kəndində dəfn ediləcək.