Qadin.NET / AFFA hakimi təhqir edən 3 futbolçunu dörd oyunluq cəzalandırdı

AFFA hakimi təhqir edən 3 futbolçunu dörd oyunluq cəzalandırdı

 

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, tədbirdə İK Azərbaycan kubokunun 1/8 finalında və Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan kubokunun 1/8 final "İnter" - "Şuşa" matçının 84-cü dəqiqəsində "Şuşa" klubunun futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final "Araz Naxçıvan" - "Simurq" matçında "Araz Naxçıvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində "Simurq" klubunun futbolçusu Tural Axundovidmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final "Qarabağ" - AZAL matçının 64-cü dəqiqəsində AZAL klubunun futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final "Qaradağ Lökbatan" - "Rəvan" matçının 36-cı dəqiqəsində "Qaradağ Lökbatan" klubunun futbolçusu Elçin Cəfərovsonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final "Mil-Muğan" - "Qəbələ" matçının 11-ci dəqiqəsində "Mil-Muğan" klubunun futbolçusu Çərkəz Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.
Topaz Premyer Liqasının XVI turunun "Qəbələ" - "Simurq" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XVI turunun "Qarabağ" - "Neftçi" matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XVI turunun "İnter" - "Xəzər Lənkəran" matçının 43-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Bakı" matçının 90+2-ci dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra "Sumqayıt" klubunun futbolçusu Slavik Alxasovvə keçən tur cəzalandırılmış futbolçusu Samir Abbasov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanıb, klub 8000 manat cərimə olunub.

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK