Sabah futbol üzrə klublararası Dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, 2000-ci ildən təşkil olunan mundial 10-cu dəfə baş tutacaq. İlk dəfə Afrikanın qəbul edəcəyi yarış Mərakeş stadionlarında keçiriləcək. Bu üzdən 6 Konfederasiyanın Çempionlar Liqasının qalibinin qatıldığı yarışda meydan sahibləri də mübarizə aparacaqlar. Həmişəki kimi yenə Avropa və Cənubi Amerika təmsilçilərinin favoriti olduğu yarışda “Bavariya” və “Atletiko Mineyro” yarımfinaldan mübarizəyə qoşulacaq. “Barselona” ilə 2 dəfə bu yarışın qalibi olan Xosep Qvardiola Almaniya təmsilçisini tarixində ilk dəfə Dünya çempionu etməyə çalışacaq. Qeyd edək ki, əvvəlki 9 turnirdə 5 dəfə Avropa, 4 dəfə Cənubi Amerika klubları qalib adını qazanıb. Baş tutan 9 finalda yalnız 1 dəfə başqa konfederasiya təmsilçisi – Afrika klubu həlledici matça qədər irəliləyib.
Klublararası X dünya çempionatı
İlkin mərhələ
11 dekabr
23:30. “Rca kasablanka” (Mərakeş) – “Oklend Siti” (Yeni Zelandiya)
1/4 final
14 dekabr
20:00. “Quançjou Everqrand” (Çin) – “Əl Əhli” (Misir)
23:30. İlkin mərhələnin qalibi - “Monterrey” (Meksika)
1/2 final
17 dekabr
23:30. “Quançjou Everqrand” (Çin) – “Əl Əhli” (Misir) cütünün qalibi – “Bavariya” (Almaniya)
18 dekabr
23:30. İlkin mərhələnin qalibi - “Monterrey” (Meksika) cütünün qalibi – “Atletiko Mineyro” (Braziliya)
5-ci yer uğrunda
18 dekabr
20:30. 1/4 finalda məğlub olanlar
3-cü yer uğrunda
21 dekabr
23:30. 1/2 finalda məğlub olanlar
Final
21 dekabr
23:30. 1/2 finalda udanlar
Mənbə: Milli.Az