Qadin.NET / Bu gün futbolun ad günüdür

Bu gün futbolun ad günüdür

 

Bu gün beynəlxalq oyun sayılan futbolun ad günü hesab olunur (World Football Day). Qeyd edək ki, bu tarix simvolik olaraq seçilib. Belə ki, futbolun dəqiq yaranma tarixi məlum deyil.Milyonlarla insanlar üçün futbol, sadəcə, oyun yox həyat tərzidir.Futbolun hələ ilk bünövrəsi qədim Çində qurulub. Oyunun adı isə Tsu Çu olub “Ayaq ilə itələ” . O vaxtı Çin döyüşçüləri bu idman növündən fiziki hazırlıqlarını yüksək səviyyədə saxlamaq üçün istifadə edirdilər. Bu oyunun ilk dəfə nə vaxt yaranması məlum deyil. Bəziləri bəyan edirlər ki, futbol 8-ci əsrdə İngiltərədə “Saksonlar”ın vəhşi oyun növü idi. Onlar döyüş meydançasında ölmüş döyüşçülərin başlarını kəsərək ayaqları ilə bir-birlərinə ötürürdülər. Bu oyunun tarixi barədə çox az məlumat var. O məlumdur ki, 1891-ci ildə İngiltərənin cənub və şimal yığmasının qarşılaşmasında ilk dəfə qapıya setka vurulub. Qədim Yunanıstanda və Romada da futbol oynayırdılar. Yunanlar bu oyunu “top uğrunda döyüş” adlandırırdılar. Güman edilir ki, onlar bu oyundan döyüş sənətidə istifadə edirdilər. 
Mənbə: Mili.Az
10 dekabr 2013
GO BACK