Qadin.NET / Azərbaycanda hava şəraiti dəyişəcək

Azərbaycanda hava şəraiti dəyişəcək

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşama doğru Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağıntılı olacaq. Şimal küləyi güclənəcək.Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın temperaturu 6-8, ikinci yarısında isə 1-3 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında günün ikinci yarısında şimal və qərb rayonlarında, axşam saatlarında isə əksər rayonlarında hava yağıntılı olacaq, sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq. Dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığına görə, dekabrın 11-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən soyuq, arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Dekabrın 11-12-də güclü şimal-qərb küləyi əsəcək.

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK