Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Trend-ə verilən məlumata görə, fasiləyə Kür-Bakı su kəmərinin (1200 mm diametrli) Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza səbəb olub.Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Mənbə: Milli.Az