Qadin.NET / "Milli Şurada da heç bir uğur olmayıb"

"Milli Şurada da heç bir uğur olmayıb"

 

"Radikal müxalifətdə, o cümlədən Milli Şurada olan adamlar son 20 il ərzində heç bir uğura nail olan bilməyiblər". Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına Bütöv Azərbacan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mİrzəbəyli deyib. Onun sözlərinə görə, radikal müxalifət tərəfindən yaradılmış bütün qurumlar fiaskoya uğrayıb. Bütün bunların nəticəsində isə qarşılıqlı ittihamların şahidi olmuşuq. "Məlum olduğu kimi, Milli Şurada da heç bir uğur olmayıb. Rüstəm İbrahimbəyovun pasportu ilə bağlı tragikomediya insanların gülüşünə səbəb oldu", - o əlavə edib. 

Mirzəbəylinin sözlərinə görə, insanlar Milli Şuraya ironiya ilə yanaşırlar. 

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK