Qadin.NET / Bulvarda Yeni İl sürprizi

Bulvarda Yeni İl sürprizi

 

At ili bitməkdə olan ilan ilini təhvil almağa gəlir. Artıq yavaş-yavaş yeni ili qarşılamağa hazırlaşırıq. Hər il olduğu kimi bu il də paytaxtın bir çox yerlərində yeni il ağacları quraşdırılacaq. Anspress yazır ki, onlardan elə təkcə 15-i milli parkın ərazisində bəzədiləcək. Ən hündür yolkamızın quraşdırılacağı yer isə bu il dəyişdirilib. Bundan başqa yeni il ərəfəsində Milli parkda yeni "şeytan çarxı" firlanmağa başlayacaq.Dünyanın ən böyük attraksiyon layihələrindən biri olan “şeytan çarxı” dekabrın 25-də istifadəyə veriləcək. Attraksiyonda işlər, demək olar ki, yekunlaşıb. Hazırda isə təhlükəsizliyin təmin olunması üçün texniki işlər görülür. Yeni ilə kimi “şeytan çarxı” ətrafı abadlaşdırılaraq yaşıllıqlarla örtüləcək və attraksion xüsusi işıqlandıma sistemi ilə işıqlandırılacaq.Ən böyük yolka yeni attraksionun yanında quraşdırılacaq.

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK