Amerikanın Curiosity marsoxodu qırmızı planetdə şirin su gölü izləri aşkarlayıb. İlkin ehtimallara görə, həmin göl 3,7 milyard il əvvəl minilliklər boyu Geyla kraterində olub. Sensasion tapıntı Marsın Yellounayf-bey adlandırılan ərazisində üzə çıxıb. götürülmüş nümunələrdə minerallar, kükürd, azot, fosfor, hidrogen, oksigen və karbon aşkarlanıb. Bu cür su mikroorqanizmlərin yaşaması üçün yararlıdır.
Mənbə: Milli.Az