"Ayıldınız? Nə yaxşı! On il idi ki, koma vəziyyətindəydiniz. Ayılmağınız bizi çox sevindirir. Ayılın, özünüzə gəlin!"
Gözlərini açıb ətrafa təəccüblə baxan kişi çaş-baş qalmışdı. O, başına gələnlərə inana bilmirdi.O, gerçəkdən də, 10 il ərzində koma vəziyyətində qaldığına inanmağa başlamışdı.Halbuki bütün bunlar zarafatdı.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, məşhur amerikalı internet-komiklər, "MabeinAmerica" şousunun aparıcıları Tom Meyb və Cim Klark bu prank-sketçin müəllifləridir."Qurban" isə ABŞ-ın Kentukki ştatındakı Luisvill şəhərinin sakini idi.Sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 5 dəfə saxlanan və həbs olunan bu şəxsə zərərli vərdişini tərgitmək üçün ailəsi ilə dostları çarə axtarırdılar.
Sonucda dostlardan biri - Tom Meyb zarafat-prank vasitəsilə əyyaşlığa qurşanan şəxsi yolundan döndərməyə qərar verdi.
Onlar sərxoş vəziyyətdə olan kişini "MabeinAmerica"nın studiyasına aparıblar. Studiyada reanimasiya palatası hazırlanmışdı və Tom Meyb ilə Cim Klark da həkim paltarında idilər.Sərxoş kişi çarpayıya uzadılıb, onun bədəninə müxtəlif datçiklər birləşdirilib.Kişi ayılanda ilk gördüyü televizorda onun barəsindəki "xəbər bülleteni" idi.Xəbərlər proqramında deyilirdi: "10 ildən bəri komada olan şəxsin bu gün ayılması gözlənilir". Bu sözlərdən sonra həmin şəxsin fotosu göstərilib.
Təəccüblənən kişi ətrafına baxıb və palatada olduğunu görüb.Palataya girən tibb bacısı sevinib: "Əla! 2013-cü ildə komaya düşmüşdünüz. İndi 2023-cü ildir. Nəhayət ki, ayıldınız".Az sonra həkim geyimində olan Tom Meyb ona yaxınlaşıb: "Ayıldın? Lap yaxşı..."Bundan sonra o, kişini şillələməyə başlayıb."Koma"da olan zarafat qurbanına çevrildiyini anlayıb, həkimin də dostunun Meyb olduğunu görüb.
Mənbə: Milli.Az