Çexiyanın baş naziri İrja Rusnok CAR lideri Nelson Mandela barədə dediklərinə görə üzr istəyib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir dekabr ayında iş cədvəlinin gərgin olduğunu əsas gətirərək yayılmış danışığına görə üzrxahlıq edib. Bildirib ki, onun qrafiki gərgin olduğuna görə, dekabrın 15-də keçiriləcək mərasimdə iştirak etməsi mümkün olmayacaq. Baş nazirin sözlərinə görə, yaxın günlərdə dəfn mərasimində Çexiyanın kiminlə təmsil olunacağı məlum olacaq.Xatırladaq ki, bir neçə gün əvvəl baş naziri İrja Rusnokun iki nazirlə etdiyi söhbət təsadüfən televiziya mikrofonu ilə yayılıb. Rusnok nazirlərə CAR-ın keçmiş prezidenti Nelson Mandelanın dəfnində iştirak etməyə vaxtı olmadığından şikayətlənib: “Lənətə gəlsin, Mandela da ölməyə vaxt tapdı. Ürəyim əsir ki, bircə dəfnə getməli olmayım. Çexiya prezidenti dəfnə getməsə, dünya dağılar?”
Mənbə: Milli.Az