İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü və təhlükəsizliyi möhkəmləndirəcək. Trend PressTV telekanalına istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.Onun sözlərinə görə, Yaxın Şərq ölkələri qəbul edilmiş sazişdən çəkinməməlidirlər."Bu saziş regionda təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək", - Zərif bildirib.O qeyd edib ki, İran nüvə silahının yaradılması üçün səy göstərmir."İranın hərbi doktrinasında nüvə silahına yer yoxdur. Belə silaha malik olmaq etika və dinimizə qarşıdır, həmçinin ölkənin xarici siyasətinə ziddir", - XİN rəhbəri bildirib.O bildirib ki, MAQATE dəfələrlə İranın nüvə proqramının müfəttişliyini aparıb və dinc atom proqramı çərçivəsindən çıxmasını aşkar edə bilməyib."Biz İranın atom enerjisi üzrə hüququnu müdafiə edəcəyik. Bizim proqram şəffafdır və Qərb ölkələrində heç bir şübhə doğurmamalıdır", - Zərif bildirib.ABŞ və onun qərb müttəfiqləri İrandan nüvə silahını hazırlamaqda şübhələnir, bu isə ölkə tərəfindən inkar edilir.İran dəfələrlə bəyan edib ki, nüvə silahı yaratmağa can atmır, ancaq dinc məqsədlər üçün atom enerjisindən istifadə etmək niyyətindədir.
Mənbə: Milli.Az