Ukrayna paytaxtında keçirilən etiraz aksiyasının iştirakçıları Zabitlər evinin yaxınlığındakı ərazini tərk edir.APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, onlar Azadlıq meydanına doğru irəliləyirlər.Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən çadır şəhərciyi söküldükdən sonra etirazçılar milis kordonundan maneəsiz keçərək Maydana doğru istiqamət alıb. Onlar “Yaşasın Ukrayna”, “Zek rədd ol” kimi şüarlar səsləndirirlər.Verilən digər məlumata görə, hüquq-mühafizə orqanları Prezident Administrasiyasının mühafizəsini gücləndirir.
Mənbə: Milli.Az