Türkiyədə hərbi çevrilişi keçirmək cəhdi barədə "Ergenekon" işində Cumhuriyyət Xalq Partiyasından olan müttəhim millət vəkili və jurnalistMustafa Balbay İstanbulun 13-cü Cinayət məhkəməsi tərəfindən azadlığa buraxılıb. Bu barədə trend TRT telekanalına istinadən məlumat verir.Balbayın azad edilməsi barədə qərar bundan əvvəl Konstitusiya məhkəməsi tərəfindən qəbul olunub.Konstitusiya məhkəməsinin qərarı məcburi xarakter daşıdığından Balbayın vəkilləri apelyasiya prosesində onun azad olunmasını tələb ediblər.Məhkəmə Konstitusiya Məhkəməsinin əsaslandırılmış qərarını gözləyərək Balbayı azadlığa buraxmaq qərarına gəlib.
Mənbə: Milli.Az