Qadin.NET / Misir yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır

Misir yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır

 

Misir 2014-ci il yanvarın ortalarında yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır. Trend RBK agentliyinə istinadən bu barədə Reuters agentliyi məlumat verir.Yeni əsas qanunun qəbul edilməsi - 2013-ci ilin iyulunda seçilmiş prezidentMəhəmməd Mursinin devrilməsindən sonra silahlı qüvvələr tərəfindən təyin edilən müvəqqəti hökumətin siyasi proqramının əsas mərhələsidir.Misirin Konstitusiya Məclisi 2013-ci il dekabrın 1-də müvəqqəti prezident Ədli Mənsura başa çatdırılmış yeni konstitusiyasının layihəsini təqdim edib. Prezident konstitusiya layihəsi üzrə referendumun keçirilməsi tarixini rəsmən bu həftə təyin etməlidir.Bu artıq 2011-ci il yanvar inqilabından sonra hazırlanmış ikinci konstitusiya olacaq. Ötən il islamçıların təşəbbüsü ilə Məhəmməd Mursinin başçılığı ilə tərtib edilmiş konstitusiya referendumda qəbul edilib. 2013-ci il iyulun 3-də bu sənədin qüvvəsi dayandırılıb.

 

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK