Qadin.NET / Milli Şura dağılacaq?

Milli Şura dağılacaq?

 

Əgər tezliklə Milli Şurada aydınlıq yaranmasa, siyasi gündəm müəyyən olunmasa və daxili islahatlar aparılmasa, bu qurum dağılacaq.Bu sözləri Milli.Az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

"Hər şey islahatlardan asılıdır. Hazırki vəziyyətdə isə islahatların olacağı ehtimal olunmur. Çünki Müsavatın təklifləri qəbul olunmadı. Müsavat təklif edirdi ki, Rüstəm İbrahimbəyov həmsədr olmasın, həmsədrlərin biri AXCP-dən, digəri Müsavatdan olsun. Bu təkliflərin heç biri qəbul olunmadı. Bundan başqa, qurumda strukturların yaranması məsələsində də razılıq yoxdur", - o əlavə edib.

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK