Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb
ABŞ-ın vitse-prezidenti Cozef Bayden bazar ertəsi Ukrayna prezidentinə zəng edib, aksiya zamanı zorakılıq ehtimalından narahatlığını ifadə edib, həmçinin Ukrayna liderini müxalifətlə dialoqa başlamağa çağırıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ağ ev bildirib. "Vitse-prezident vəziyyətin eskalasiyasını dərhal dayandırmağın və Ukrayna irəliyə doğru necə hərəkət etməlidir konsensusun tapılması üzrə müxalifət liderləri ilə dialoqa başlamağın zəruriliyini vurğulamışdır", - Ağ evin məlumatında deyilir. "Bayden Ukraynanın Avropa istiqamətdə ABŞ-ın qəti dəstəyini təsdiqlədi və bu yola prezident Viktor Yanukoviçin sadiqliyini alqışladı", - Ağ evdən dəqiqləşdirilib. Bayden həmçinin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun və dövlət katibinin köməkçisi Viktoriya Nulandın Kiyevə səfərini alqışlayıb.
Mənbə: Trend.Az
10 dekabr 2013
GO BACK