Qadin.NET / Hava haqqında - 10.12.2013

Hava haqqında - 10.12.2013

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 9-dan 10-na keçən gecə və səhər çiskinli, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperatur gecə 0-4°, gündüz 6-9° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 3-8° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 3-8° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Temperatur gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə dumanlı, az yağıntılı olacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 0-5 şaxta, gündüz 4-9° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Temperatur gecə 1-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
Tibbi meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında gözlənilən dəyişkən və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Xəbərdarlıq Dekabrın 11-də və 12-də havanın arabir yağıntılı olacağı, gecə və axşam saatlarında yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu dekabrın 11-də günün birinci yarısında 6-10° isti, günün ikinci yarısında 2-4° isti, dekabrın 12-də gecə və gündüz 0-4° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK