Qadin.NET / Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

 

Azərbaycanda noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3 faiz, çox illik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,3 faiz, arpanın 0,9 faiz, yaşıl lobyanın 0,3 faiz, lobya dəninin 5,2 faiz, göyərtilərin 0,8 faiz, xiyarın 2,0 faiz, pomidorun 1,0 faiz, bibərin 0,5 faiz, badımcanın 0,6 faiz, baş sarımsağın 0,6 faiz, baş soğanın 0,2 faiz, kartofun 0,1 faiz, quru otun 1,7 faiz, yoncanın istehsalçı qiymətləri 4,0 faiz bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,0 faiz, kələmin istehsalçı qiymətləri isə 1,2 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 16,8 faiz, feyxoanın 14,1 faiz, limonun istehsalçı qiymətləri 9,2 faiz ucuzlaşıb, üzümün istehsalçı qiymətləri 1,7 faiz, narın 28,5 faiz, armudun 11,0 faiz, qozun 1,4 faiz, fındığın istehsalçı qiymətləri isə 16,2 faiz bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,0 faiz, yumurtanın istehsalçı qiymətləri 3,7 faiz ucuzlaşıb, diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,6 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,2 və 0,9 faiz, təbii balın 0,3 faiz, südün istehsalçı qiymətləri isə 0,4 faiz bahalaşıb.

 

Mənbə: Milli.Az

9 dekabr 2013
GO BACK