Qadin.NET / Google şirkəti Qreys Hopperi andı

Google şirkəti Qreys Hopperi andı

 

Bu gün Google axtarış sisteminin əsas səhifəsində Qreys Hopperin anadan olmasının 107 illiyi şərəfinə bayram loqotipi yerləşdirilib. O, Amerika alimidir və ABŞ donanmasının kontr-admiralı olub. Milli.Az ICTnews-a istinadən bildirir ki, lakin Qreys öz hərbi karyerası ilə deyil, daha çox müasir proqramlaşdırmanın yaradıcılarından biri kimi tanınır. O, zamanında Mark I kompüteri üçün proqramlar yazmağa başlayan ilk mütəxəssislərdən biri olub və onun kompüterdən asıl olmayan dillər konsepsiyası ən köhnə yüksəksəviyyəli proqramlaşdırma dillərindən biri olan COBOL-un yaranmasına səbəb olub.Bundan başqa, məhz Qreys Hopper proqramçılar arasında "debugging" (proqramlarda səhvlərin axtarışı və düzəlişi) anlayışını tətbiq edib.

 

Mənbə: Milli.Az

 

 

9 dekabr 2013
GO BACK