Qadin.NET / Windows Phone platforması iOS-u ötəcək

Windows Phone platforması iOS-u ötəcək

 

Hazırda smartfon bazarı dinamik inkişaf edir. Bu seqmentdə "Android" platforması liderlik edir. İkinci yerdə populyarlığına görə "iOS", üçüncüdə isə "Windows Phone" əməliyyat sistemi qərarlaşıb. Nüfuzlu "Forbes" jurnalının mütəxəssisləri əmindirlər ki, artıq üç il sonra "Microsoft"un platforması "iOS"u ikinci yerdən sıxışdırıb çıxaracaq. Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin proqnozları ilk növbədə "Microsoft"un mobil platformasının artım sürətinə əsaslanır. Son ildə "Windows Phone" ilə işləyən smartfonların satış həcmi 156% artıb. Müqayisə üçün bildirək ki, "Android" platformasında müvafiq göstərici 51%, "iOS"da 25,6% olub. Mütəxəssislər qeyd edirlər ki, WP qurğuların potensial satış bazarları inkişaf etməkdə olan ölkələrdir. Bu ölkələrdə "Windows Phone" platformasının mövqeyi yaxşılaşır, "iPhone" smartfonun satış həcmi isə əksinə, azalır.
Mənbə: Milli.Az
9 dekabr 2013
GO BACK