Qadin.NET / Bakı bulvarından Yeni il sürprizi

Bakı bulvarından Yeni il sürprizi

 

Anspress-nin bugünkü qonağı Nazirlər Kabineti yanında Dəniz Kənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov olub. Bakı bulvarında Yeni illə bağlı görülən hazırlıqlardan danışan yüksək çinli məmur dekabrın sonuna kimi Bakı bulvarında yeni müşahidə çarxının istifadəyə veriləcəyini deyib. Yeni müşahidə çarxının hündürlüyünün 60 metr olduğunu söyləyən Nazim Məcidov müştərilərin 8 nəfərlik kameralara yerləşdiriləcəyini söyləyib ki, bu da müşahidə çarxının yağışlı və qarlı günlərdə də xidmət göstərməsinə imkan yaradır.  "Bakının gözləri" adlanan müşahidə çarxında həmçinin Yeni il özəl servis düşünülür ki, bəzi bakılılar və şəhərin qonaqları il dəyişən dəqiqələri göydə keçirə bilsinlər.
Mənbə: Milli.Az

 

9 dekabr 2013
GO BACK