Azərbaycanda 2013-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 17,2 milyard manatlıq və ya ötən ilin 11 ayı ilə müqayisədə 9,7 faiz çox əmtəə satılıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlak mallarının 51,7 faizini ərzaq, 48,3 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,0 faiz bəndi artıb. Yanvar-noyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,6 dəfə artaraq 2,3 milyon manat təşkil edib. Əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 83,0 faizini hüquqi, 17,0 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 89,6 faizini qeyri-ərzaq malları təşkil edib.
Mənbə: Milli.Az