Macarıstanın Lakiteleki Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb
Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, akademiyanın dinləyicilərindən 24 nəfər dilimizi, eyni zamanda, bu dil vasitəsilə tarix və mədəniyyətimizi öyrənmək qərarına gəlib. Məşğələləri Budapeştdəki Mərkəzi Avropa Universitetinin magistrantı Aynur Məmmədova aparır. Səfirlik Azərbaycan dilini öyrənənləri müvafiq dərsliklərlə, audiomateriallarla, habelə ölkəmizin həyatının müxtəlif sahələrinə dair ədəbiyyatla təmin edib.
Mənbə: Milli.Az