Qadin.NET / Boksçularımız 17 medal qazandılar

Boksçularımız 17 medal qazandılar

Azərbaycan Texniki Universitetinin İdman Sarayında Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında beynəlxalq boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Hindistan, Özbəkistan, Gürcüstan və Ukrayna komandaları da mübarizə aparıb. 

Seçmə komandamız turnirdə 3 qızıl, 5 gümüş və 9 bürünc medala sahib olub. 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda komanda yoldaşı Elnur Şəfizadə üzərində qələbə qazanıb. Orxan Əliyev(81 kq) həlledici görüşdə Hindistan boksçusu Rohiti məğlub edib. 91+kq çəki dərəcəsində də finalda iki həmyerlimiz – Məhəmmədəli Tahirov vəFirdovsi Tağıyev üz-üzə gəliblər. Tahirov yarışın qalibi olub. 
Digər çəki dərəcələrində Elcan Qafarlı (49 kq), İman Əhmədli (64 kq),Samiq Səmədzadə (91 kq) gümüş mükafata yiyələniblər. 
Elşən Abbasov (49 kq), Xəyyam Məmmədov (56 kq), Şamil İbrahimzadə(60 kq), Cavid Quliyev (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Elkin İmanov (81 kq), İbrahim Quliyev (81 kq) və Şükran Mehdiyev(91 kq) isə bürünc medalla kifayətləniblər. 

Mənbə: Milli.Az

9 dekabr 2013
GO BACK