Qadin.NET / “Azərsu”dan smart-kart açıqlaması

“Azərsu”dan smart-kart açıqlaması

 

“Azərsu”dan smart-kart açıqlaması

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində tədbirləri  davam etdirir. Bu barədə Lent.Az-a qurumdan məlumat verilib. Cari ilin yanvar-noyabr aylarında 180 min abunəçi smart- kart sayğaclarla təmin edilib. Bununla da 2012-ci ildən - smart-kart sayğacların tətbiqinə  başlanılandan indiyədək “Azərsu” ASC-nin xidmət idarələri və podratçı təşkilatlar tərəfindən quraşdırılmış sayğacların sayı 200 mini keçib. Artıq Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul, Tovuz, Ağstafa  və digər şəhərlərdə abunəçilər smart-kart sayğaclardan istifadə edirlər. Smart-kart sayğacların əhali və qeyri əhali qrupu abunəçiləri üçün quraşdırılması paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 176 min ədədi əhali, 24 min ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.

Mənbə: Lent.Az

9 dekabr 2013
GO BACK