Qadin.NET / Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

 

Azərbaycan Xorvatiyanın paytaxtında keçirilən xeyriyyə yarmarkasında təmsil olunub.Trendin Azərbaycanın Xorvatiyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, Zaqreb şəhərində Xorvatiyanın birinci xanımı Tatyana Yosipoviçin himayəsi ilə, Zaqreb Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan "İllik xeyriyyə bazarı"nda Azərbaycanın stendi ən çox ziyarət olunan stendlərdən biri olub. Tədbirdə Azərbaycanın Xorvatiyadakı səfirliyi, Xorvatiya Respublikasında akkreditə olunmuş 30-dan artıq ölkənin, o cümlədən Rusiya, ABŞ, Çin, Kanada, Fransa, Böyük Britaniya, Almaniyanın səfirlikləri, Zaqreb şəhərinin rəhbərliyi, Xorvatiya ictimaiyyəti iştirak edib. Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinin hər il iştirak etdiyi "İllik Bazar"da ölkəmizin sərgi stendində milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən əşyalar və 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə məlumat nümayiş olunub, Azərbaycanın turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitab, jurnal və xəritələr, eləcə də digər vəsaitlər iştirakçılara paylanılıb. "İllik xeyriyyə bazar"ının keçirilməsinin məqsədi uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələrin verilməsi və ölkələr tərəfindən öz mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsidir.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də Xorvatiya Respublikasının birinci xanımı Tatyana Yosipoviç Azərbaycanın stendini ziyarət edib, ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb.

Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Mənbə: Milli.Az

9 dekabr 2013
GO BACK