Norveçdəki Svalbard adasında "Qiyamət anbarı" adlı böyük yeraltı anqar var. Milli.Az AHT-yə istinadən bildirir ki, qayalıqlar arasında, dərin mağaralarda yaradılmış bu anbarda yer üzündəki bütün bitkilərin toxumları saxlanılır."Əgər qiyamət qoparsa, məşhər olarsa, Yerdəki bütün bitkiləri yenidən bərpa etmək üçün toxumları buraya yığmışıq", - anqarın əməkdaşlarından biri söyləyib.Norveçin şimalındakı Şpisbergen arxipelaqında, Svalbard adasında 130 metr dərinlikdəki mağaralarda inşa edilən, tikintisi 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyətdədir.Burada 4 milyondan artıq fərqli toxum saxlanılır.Ekspertlər buranı "Qiyamət anbarı" (Doomsday Vault) da adlandırırlar.
Mənbə: Milli.Az