İntizam
- Uşağınıza qoyduğunuz sərhədlər mövzusunda qərarlı və tutarlı olun
- Yaxşı davranışlarını öyün, təqdir edin.
- Onu başqalarının yanında tənqid etməyin.
- Doğru və səhv davranışların nələr olduğunu öyrədin.
- Onu başqalarının yanında tənqid etməyin.
- Uşağınızı bacardığınız qədər televiziyadan uzaq tutun.
- Onu başqalarının yanında tənqid etməyin.
- Həddindən artıq televiziya izləmənin uşaqlar üzərindəki mənfi təsiri yaxşı bilinməkdədir. Televiziyadan asılı olan uşaqlar oyuna daha az vaxt sərf edir. İzlədikləri reklamlardan gördükləri zərərli məhsulları istehlak etdikləri üçün pis bəslənmə vərdişləri qazanırlar. Ana və ataların üzərinə düşən vəzifə, uşağın televiziya qarşısında keçirdiyi müddəti məhdudlaşdırmaq, televiziya izlərkən onun yanında olub lazımlı şərhləri etmək, boş zamanlarını dəyərləndirəcəyi başqa sahələrə yönəltməkdir. Uşağınızın təhlükəsizliyi 5 yaşlı uşaqlar bir çox şeyi özbaşına etməyi öyrənir. Lakin təhlükəsizliyini təmin etməsi üçün dəstəyə ehtiyacı var. Ona piyada keçidindən qarşıdan-qarşıya keçməyi öyrədin. Avtomobildə təhlükəsizlik kəməri bağlamadan səfər etməsinə icazə verməyin. Alışqan və kibritlə oynamamağı öyrədin. Uşağınıza sizə çata biləcəyi bir telefon nömrəsi öyrədin. Əsla uşağı evdə tək buraxmayın. 5 yaşlı uşaqların bacarıqları Bu yaşda olan uşaqlar barmaq ucunda gedə bilər. Dişlərini fırçalayır, yumşaq materiallara barmaq uclarını istifadə edərək forma verir. Üfüqi, şaquli, ziqzaq, əyri və dalğalı xəttlər çəkə bilər. Ev işlərinə kiçik diametrdə kömək edər. Uşaqlarınızın təxəyyülünə söykənən oyunları dəstəkləyin . Fiziki məşqə söykənən oyunlar oynadın. Öz-özünə geyinməsini dəstəkləyin. 5 yaşlı uşaqlar olduqca axıcı danışır. 20-ə qədər danışa bilir və 0-9 rəqəmlərini tanıyır. Problem həll etmə bacarıqları inkişaf edir. Sağ-sol, əvvəl-sonra, səhər-günorta-axşam, dünən-bu gün-sabah anlayışlarını bilir. Bu yaşdakı uşaq həmişə danışmaq istəyir və yetkinlər kimi uzun cümlələr qurmağa çalışır. Məlumatını artırmaq üçün suallar verir və hər şeyin səbəbi ilə maraqlanır.Öz duyğularını uyğun şəkildə ifadə edər, başqalarının duyğularını da anlayar. Digər uşaqlarla birlikdə oyunlar oynayar, paylaşa bilər. Məktəb qorxusu Məktəbə başlama, 5 yaş uşağı üçün əhəmiyyətli bir pillədir. Ancaq bəzi uşaqlarda da məktəb qorxusu baş qaldırır. Bu vəziyyət, həddindən artıq narahatlıq, gərginlik,qarın ağrısı, qusma, iştahsızlıq, yorğunluq, yuxusuzluq kimi mənfiliklərə səbəb ola bilər. Bununla qarşılaşdığınızda, uşağınızla danışaraq qorxusunun səbəbini anlamağa çalışın. Əgər həll edilməsi lazım olan konkret bir problem yoxdursa, məktəbə getməsi mövzusunda qərarlı olun. Təxirə salmaq yalnız hadisəni daha da çətinləşdirəcək. Uşağınıza qarşı dürüst olun, məktəblə əlaqədar suallarına həqiqi cavablar verin. Əvvəldən müəllimlə tanış olun. Məktəbə başlamağı böyümə prosesinin bir hissəsi kimi qiymətləndirin.Uşağınızın yaxşı davranışlarını təqdir edin, beləcə bu davranışlar qalıcı olacaq. Gündəlik yaşadıqlarını, duyğu və düşüncələrini paylaşmasına fürsət verin.
Mənbə: Milli.Az