Rusiya prezsidenti Vladimir Putin RİA Novosti agentliyinin ləğv edilməsi barədə sərəncam imzalayıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, sərəncam bu gün prezidentin rəsmi saytında yayımlanıb.Sərəncama əsasən, agentliyin bazasında "Rusiya bu gün" adlı beynəlxalq informasiya agentliyi yaradılacaq. "Rusiya 1" telekanalının aparıcısı Dmitriy Konstantinoviç Kiselev yeni agentliyə baş direktor təyin olunub. "Rusiya bu gün" (Р РѕСЃСЃРёСЏ сегодня) agentliyinin əsas istiqamətləri Rusiya Federasiyasının rəsmi siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaq olacaq. Bundan başqa, prezidentin sərəncamına əsasən, "Qolos Rossii" radiosu da ləğv edilib. Radiositansiyanın bütün avadanlıqları yeni yaradılmış agentliyin balansına keçib.
Mənbə: Milli.Az