Qadin.NET / İnanılmaz kadrlar: qatillə oyun

İnanılmaz kadrlar: qatillə oyun

 

Pələng köpəkbalıqları dünyanın ən təhlükəli, aqressiv yırtıcılarından biri sayılır. Onlar "qatil" adlandırılırlar.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, fotoqraf Daniel Botelyo Baham adalarındakı Tayqer-Biç kurortunun sahilllərində bu ölümcül təhlükəli balıqlarla fotolar çəkdirib.Cəsur dayver Vinsent Kanabal "Emma" adlı dişi köpəkbalığını əllə yemləyib.Emma ağzını açaraq ona verilən balıqları udub.32 yaşlı Kanabal deyib: "Onlar çox qorxulu görünürlər. Sadəcə, bir qədər ehtiyatlı olmaq gərəkdir. Balıq yeyən köpəkbalığından bir qədər kənarda durmaq, yırtıcını qıcıqlandırmamaq gərəkdir".Pələng köpəkbalıqları qarşılarına çıxan bütün canlıları parçalayıb yeyirlər.

 

İnanılmaz kadrlar: qatillə oyun

İnanılmaz kadrlar: qatillə oyun
Mənbə: Milli.Az
9 dekabr 2013
GO BACK