Qadin.NET / "Forsaj"ın ulduzu ilə vidalaşma: minlərlə insan onu andı

"Forsaj"ın ulduzu ilə vidalaşma: minlərlə insan onu andı

 

Azərbaycanda "Forsaj" adı ilə tanınan "Fast & Furious" kinosaqasının ulduzu, avtomobil qəzasında faciəli şəkildə həlak olan aktyor Pol Uokerlə vida mərasimi olub.Filmin ssenari müəllifləri isə "Fast & Furious 7" lentində Pol Uokerin oynadığı obrazını ölümü ilə bağlı yeni heç nə fikirləşmək istəməyiblər.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, kompüter qrafikası ilə hazırlanacaq bir neçə səhnədə Polun qəhrəmanı dostu ilə maşına oturacaq, sonra isə qəza olacaq.Filmdə Polun qəzasının real kadrları, habelə qəza yerindən çəkilmiş fotolardan istifadə olunacaq.Pol Uokerin həlak olmasından sonra "Fast & Furious 7" filminin prodüserləri ssenarini yenidən yazaraq filmin premyerasını təxirə salmalı olublar.ABŞ-ın Los-Anceles şəhərindəki Santa Klarita səmtində, Pol Uokerin faciəli şəkildə həlak olduğu yerdə dünən minlərlə fanat yığışmışdı.Onlar sevimli aktyorla vidalaşmağa gəlmişdilər.Qəza yeri Valensiya şəhərində olub.Noyabrın 30-da Pol Uoker dostu Rocer Rodasla Porsche avtomobilində idi. Rodasın idarə etdiyi, böyük sürətlə hərəkət edən avtomobil qəflətən yoldan çıxaraq səddə və ağaclara çarpılıb, yanmağa başlayıb.Uoker aldığı travmalar və yanıqlardan həlak olub.

 

"Forsaj"ın ulduzu ilə vidalaşma: minlərlə insan onu andı
Mənbə: Milli.Az
9 dekabr 2013
GO BACK