Misir polisi firon Tutanhamonun bacısının heykəlini tapıb. Həmin heykəl bu ilin avqust ayında Misirdə baş verən iğtişaşlar zamanı Mallavi şəhərindəki muzeydən oğurlanmışdı. Həmin vaxt devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları muzeylərə, xristian məbədlərinə və polis idarələrinə hücum edirdilər. Milli.Az Rusiya mətbuatına istiadən bildirir ki, avqust ayında Mallavi muzeyindən minlərlə artefakt oğurlanmışdı. Polis qeyd olunan qiymətli əşyanı Xan əl-Xəlili rayonundakı kafe sahibində aşkar edib. 32 santimetrlik heykəlin restavrasiyaya ehtiyacı olsa da, ona ciddi ziyan dəyməyib.
Mənbə: Milli.Az