Rezidenturada hazırlığın son ilində rezidentlər ixtisas üzrə təhsil proqramında müəyyən edilmiş müddətə uyğun olaraq stajorluq keçirlər. Bunun üçün rezident Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müvafiq tibb ixtisası üzrə ölkənin tibb müəssisələrinin birinə stajorluğa göndərilir. Təhsil müddəti başa çatdıqda, fərdi iş planını tam həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Rezidentlərin yekun attestasiyası Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb təhsili müəssisəsində aparılır. Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər həmin mərhələ üzrə növbəti ildə yekun attestasiyadan keçməlidirlər. Yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir. Rezidentin nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsinə, fərdi iş planlarının yerinə yetirilməsinə görə kuratorun vəzifə maaşına hər bir rezident hazırlığı üçün ayda 20 manat əlavə haqq ödənilir. Bu vəsait rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə dövlət sifarişi ilə hər bir təhsilalana dövlət büdcəsindən ayrılan təhsil xərclərinin hesabına həyata keçirilir. Rezidentlər təhsil aldıqları dövrdə baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər.Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti
İxtisasların şifri
|
İxtisasların adı
|
Təhsil müddəti
|
1
|
2
|
3
|
060901
|
Anesteziologiya-reanimatologiya
|
3 il
|
060902
|
Ümumi cərrahiyyə
|
5 il
|
060903
|
Neyrocərrahiyyə
|
5 il
|
060904
|
Plastik cərrahiyyə
|
5 il
|
060905
|
Ürək-damar cərrahiyyəsi
|
5 il
|
060906
|
Uşaq cərrahiyyəsi
|
5 il
|
060907
|
Otorinolarinqologiya
|
4 il
|
060908
|
Travmatologiya-ortopediya
|
5 il
|
060909
|
Onkologiya
|
5 il
|
060910
|
Urologiya
|
5 il
|
060911
|
Oftalmologiya
|
3 il
|
060912
|
Mamalıq-ginekologiya
|
5 il
|
060913
|
Psixiatriya
|
2 il
|
060914
|
Nevrologiya
|
4 il
|
060915
|
Terapiya
|
4 il
|
060916
|
Kardiologiya
|
4 il
|
060917
|
Nefrologiya
|
4 il
|
060918
|
Qastroenterologiya
|
4 il
|
060919
|
Hematologiya
|
4 il
|
060920
|
Dermatovenerologiya
|
4 il
|
060921
|
İmmunologiya
|
2 il
|
060922
|
Allerqologiya
|
3 il
|
060923
|
Yoluxucu xəstəliklər
|
4 il
|
060924
|
Revmatologiya
|
4 il
|
060925
|
Endokrinologiya
|
4 il
|
060926
|
Narkologiya
|
2 il
|
060927
|
Fizioterapiya və tibbi bərpa
|
3 il
|
060928
|
Ftiziatriya
|
2 il
|
1
|
2
|
3
|
060929
|
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
|
3 il
|
060930
|
Pediatriya
|
4 il
|
060931
|
Şüa terapiyası
|
3 il
|
060932
|
Şüa diaqnostikası
|
4 il
|
060933
|
Stomatologiya
|
3 il
|
060934
|
Üz-çənə cərrahiyyəsi
|
5 il
|
060935
|
Sosial gigiyena və səhiyyənin təşkili
|
3 il
|
060936
|
Gigiyena
|
2 il
|
060937
|
Mikrobiologiya
|
2 il
|
060938
|
Laboratoriya işi
|
2 il
|
060939
|
Genetika
|
2 il
|
060940
|
Epidemiologiya
|
2 il
|