9 ölkənin dövlət və hökumət başçıları dekabr ayının 10-da Cənubi Afrika Respublikasının eks prezidenti Nelson Mandelanın dəfn mərasimində iştirak edəcək.Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu informasiyanı Reuters agentliyi yayıb. Cənubi Afrika Respublikasının hökumət naziri Kollinz Çaban bildirib ki, dəfn mərasiminə dövlət və hökumət başçıları ilə yanaşı, beynəlxalq və regional təşkilatların nümayəndələri, BMT, Avropa Birliyi və Afrika İttifaqının da rəsmiləri gələcəklər.ABŞ prezidenti Barak Obamanı isə xanımı Mişel Obama, eks prezidentlər –Cimmi Karter, Corc Buş (oğul), Bill Klinton (xanımı ilə) və Konqresin 26 üzvü müşayiət edəcək. Braziliya prezidenti Dilma Rusself də dəfn mərasiminə 4 eks prezidentlə birgə gələcək.Xatırladaq ki, 27 il həbsxanada yatan, 1993-cü ildə Nobel Sülh mükafatını alan, 5 il ölkə prezidentinin vəzifəsini icra edən Nelson Mandela ötən həftənin 4-cü günü 95 yaşında dünyasını dəyişib.
Mənbə: Milli.Az