ABŞ Konqresinin üzvləri yenidən Pentaqonu tənqid ediblər. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ Müdafiə Nazirliyinin Əfqanıstan üçün 1 milyard dollardan baha başa gələn Mi-17 helikopterlərini almaq qərarıdır.Noyabrda Pentaqon razılığa əsasən əlavə 15 helikopter almaqdan imtina etmişdi. ""Rosoboroneksportun" sifariş kitabı, xüsusən də son 3-4 ildə helikopter sektorunda Rusiya hərbi-sənaye kompleksinin istehsal etdiklərinin daimi istifadəsini təmin etmək üçün kifayət qədər böyükdür”, - deyə zavodun direktoru bildirib.Amma konqres üzvləri bu danışıqların ləğv edilməsini tələb edir. "Tələblərə tam cavab verə bilən öz ABŞ istehsalçılarımız qala-qala, niyə axı Rusiya helikopteri almalıyıq?!", - deyə respublikaçı senator Con Kornin bildirib.
Mənbə: Milli.Az